FLEX Proqramı (Future leaders’ exchange- Gələcəyin liderlərinin mübadiləsi) Amerikada təqaüdlə təhsil almaq istəyən orta məktəb şagirdləri üçün təşkil olunan tələbə mübadilə proqramıdır. Proqram Amerika Birləşmiş Ştatları tərəfindən maliyyələşdirilir və hər il orta hesabla müxtəlif ölkələrdən 3000-ə yaxın namizədin mürəciət edir. Həmin namizədlərdən yalnız 800-900 nəfəri seçilir.
Azərbaycanda da artıq uzun müddətdir ki, keçirilir və qəbul alan şagirdlərin sayı 27 mindən çoxdur.
Proqram sonunda şagirdlər İngilis dili biliklərini artırmaqla yanaşı, dünya görüşlərini, digər ölkələrin mədəniyyətlərini öyrənir və müxtəlif təcrübələr qazanırlar.
Proqram müddəti 10 ay təşkil edir. Bu müddət ərzində şagirdlər ABŞ-da ailə ilə yaşayır və orada təyin olunmuş məktəbdə təhsil alırlar.
FLEX programı tamamilə pulsuzdur və Amerikadakı müxtəlif qrum və sizi qəbul edən ailələr tərəfindən maliyyələşdirilir. Yəni iştirakçıların, bütün uçuş biletləri, visa və həmçinin siğortaları, həmçinin aylıq 100-150 dollar (qrumdan asılı olaraq dəyişir)arası olan təqaüdləri həmin bu proqramlar tərəfindən ödənilir.
· 15-17 yaş arası 9, 10 və 11-ci sinifdə oxyan şagirdlər
· İngilis dili imtahanlarını keçə biləcək səviyyədə dil bilikləri olanlar
· Azərbaycan vətəndaşı olan ı və xarici pasport almaq imkanına malik olanlar
· FLEX imtahanı 3 turdan ibarət olur. İmtahanını 1ci turu əsasən, 15 sentyabrla- 15 oktyabr arasındakı bir tarixdə (yaşadığınız şəhərdən asılı olaraq) keçirilir.
· Birinci tur üçün sizə lazım olan sadəcə olaraq, şəxsiyyət vəsiqəsi və ya metrika-nın kopyası və əsli, 3X4-ə şəkil və bir də qələminizi götürərək sizə ən yaxın olan imtahan məntəqəsinə getməkdir.
· Birinci turda 15 sualdan ibarət ingilis dilində bir test olur və imtahan sadəcə 15 dəqiqə çəkir. Suallar sadə ingilis dili bilikləri olanlar üçün asandır deyilə bilər. Bu turun nəticələri ya həmin gün ya da ən uzağı 1 gün sonra açıqlanır və siz 2ci tura dəvət olunursunuz.
· 2-ci tur normalda 1ci turdan sonrakı 1 ay ərzində keçirilir
Bu turda siz əvvəlcə Dinləmə (Listening) -dən imtahan verirsiniz. Yəni oturduğunuz otağa maqnitofonla müxtəlif dialoqlar və ya hekayələr qoyulur və siz onların cavablarını cavab kartında işarələyirsiniz. Bundan sonra isə ingilis dilində olan inşa yazmağınız tələb olunur. 2ci turun nəticələri də 1 ay ərzində məlum olur və 3cü tur üçün şans qazanırsınız.
· 3-cü tur da 2ci turdan sonrakı 1-2 ay ərzində keçirilir. Burada sizdən interview alınır və sizdən yenə də inşa yazmağınız tələb olunur.
· 3cü turun cavabları isə ən azı 4-5 ay ərzində yəni mart-aprel aylarında açıqların və siz seçilsəniz və ya seçilməsəniz belə sizə zəng edib bu haqda məlumat verilir.
Əgər İngilis dilini öyrənməklə bağlı çətinlik yaşayırsınızasa, Edukhana-Online School olaraq sizə bu problem həll etməkdə köməklik göstərməyə hazırıq.