Hazırda ən çox maraq görən dillərdən biri də Rus dilidir. Bir çox insan bu dilin çətin olduğunu düşünərək, başlamağa qorxur. Amma sizə təqdim edəcəyimiz üsul və mənbələr ilə rahatlıqla ilk addımı atıb, nəticə əldə edəcəksiniz.
Əvvəlcə onu qeyd edək ki, əgər qısa zamanda nəticə əldə etmək istəyirsinizsə, davamlı şəkildə məşğul olmaq və bu dilə məruz qalmaq lazımdır. Məsələn, telefon və kompüterinizin dilini dəyişərək, sosial şəbəkələrdə rus dili ilə bağlı paylaşım edənləri izləyərək başlaya bilərsiniz.Digər tərəfdən, hansı gün hansı bacarıq üzrə işləməyinizlə bağlı özünüzə cədvəl qura bilərsiniz.
Əvvəlcə gündəlik ən çox işlədilən sözləri öyrənməklə başlaya bilərsiniz. Bu sözləri internətdən, izlədiyiniz filmlərdən, dinlədiyiniz mahnılardan tapa bilərsiniz. Bilmədiyiniz sözləri dəftərinizə qeyd edin və hər gün təkrar edin.
Söz öyrənərkən sizə lazım ola biləcək saytlar:
Öyrəndiyimiz dildən asılı olmayaraq,həmin dildə çoxlu dinləmələr etmək inkişafa təsir göstərən ilkin amillərdəndir. Maraq dairənizə uyğun olan hər hansı mövzu haqqında YouTube və ya internetdə axtarış edərək,videolara və ya filmlərə baxa bilərsiniz.
Məsələn, Ru-Lan Club, Russian with Max, Rush into Russian YouTube kanalları sizə faydalı olacaq.
Hər nə qədər qrammatika öyrənmək sıxıcı gəlsə də, bu dilin əsasını elə qrammatikası təşkil edir. Bunun üçün də Red Kalinka kitabından istifadə etmək olar. Həmçinin, Learn Russian, Learn Russian Step by Step saytları da sizə sadə qrammatik qaydalar üçün faydalı olacaq.
Hazırda müxtəlif tətbiqlər vasitəsilə rus dili biliyinizi asanlıqla artıra ilərsiniz.Bu tətbiqləri sizə təqdim edirik:
Əgər rus dili ilə yanaşı İngilis dilini də öyrənmək və ya təkmilləşdirmək istəyirsinizsə,digər blogumuzu da oxumağınızı tövsiyə edərdik.
Rus dilini bizimlə öyrənmək istəyirsinizsə,elə indi sınaq dərsi üçün qeydiyyatdan keçin.