Bildiyiniz kimi, 21-ci əsr internet dövründə yaşayırıq və internetin vazkeçilməz hissəsi isə saytlardır. Bütün saytlar təməldə iki hissədən ibarətdir: bunlardan birincisi xarici yəni, bizim gördüyümüz hissə ki, buna “Frontend” deyilir, digəri isə verilənlərin emalı, saxlanması, link keçidləri və bir neçə funksionallıqları özündə cəmləyən başqa bir deyişlə, aysberqin görünməyən üzü olan “Backend”dir. Biz isə bugün veb-dizayn yəni görünən hissə ilə bağlı danışacağıq.
Veb-dizayn öz müntəzəm inkişafı ilə diqqəti çəkir. İndiyə qədər 2 milyarda yaxın veb-saytın dizayn edildiyini nəzərə alsaq, bu sahəyə olan marağın səbəbsiz olmadığını görərik. Və bu say artdıqca veb-dizayner olmaq istəyənlərin də sayının artmağı qaçınılmazdır.
Veb-dizaynın əlifbası isə HTML (HyperText Markup Language)dir. Bu sahədə çalışmaq istəyənlərin ilk növbədə öyrənməli olduğu işarələmə dili olan HTML, artıq 31 ilə yaxın bir müddətdir istifadə olunur. HTML veb-sayta cədvəl, mətn blokları, təsvirlərin yerləşdirilməsinə sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə və bunların bir-biri ilə bağlanaraq əlaqəli bir şəkildə işləməsinə imkan verir. Hərhansı bir veb-sayt dizaynı HTML kodlarından ibarətdir.
Tarixi :
HTML-in yaradılması 1989-cu ildə Oksford Universitetinin tələbəsi olan Tim Berners-Li tərəfindən hipermətnli sənəd sisteminin hazırlanması təklifi ilə başladı. 1990-cı ildə isə o, bunu World Wide Web adlandırdı. Sistemi təşkil edən hissələrdən biri hipermətnli nişan qoymaq idi. Onun əsası isə 1990-cı ildə Berners-Linin hipermətnli sənədlərə baxmağa icazə verən brauzeri yaratması ilə qoyuldu. 1995-ci ildə HTML-in ilkin versiyası - HTML 1.0 təqdim olundu. Növbəti versiya isə 1995-ci ildə HTML 2.0 adı ile çıxdı və bununla HTML dili standartlaşdı. 1996-cı ildə artıq dilin HTML 3.2 versiyası bütün brauzerlər tərəfindən dəstəklənirdi. Bunun nəticəsində veb-dizaynın inkişafı öz yüksək səviyyəsinə qalxdı və veb-dizayn erasında yeni imkanlar meydana gəldi.
Dilin növbəti versiyası HTML 4.01 1999-cu ildə standartlaşdı. 2004-cü ildə isə HTML-in ən son versiyası HTML5-in yaradılmasına başlandı və 2014-cü il Oktyabrın 28 də tamamlandı və standardlaşdırıldı. Hal-hazırda HTML-in davamçısı XHTML (Extensible HyperText Markup Language) sayılır.
HTML5, səs və video formatlarını da dəstəkləyərək bir programla müxtəlif formatlardan ibarət bir veb sayt dizayn etməyi mümkün qılır. Hipermətn koduna malik olan fayllar burada (.htm) və (.html) ilə göstərilir. Hər hansı bir, ikinci proses olmadan bu kodlar brauzerlerdə asanlıqla göstərilir.
CSS (Cascading Style Sheets) - sənədin xarici görünüşünün, işarələmə dilinin istifadəsi ilə yazılmış, təsvir dilir. Bu daha çox veb-saytın görünən hissələrini formalaşdırmağa xidmət edir. CSS faylı bir növ şablon kimi istifadə edilir ki, onun köməyilə də HTML fayllarında mətnlər, cədvəllər və digər elementlər formatlaşdırılır. 1996-cı ildən indiyə qədər davamlı olaraq təkmilləşdirilən CSS’in son versiyası CSS3 olaraq qarşımıza çıxır. CSS fayıllarının formatı (.css)şəklindədir.
Html və Css veb-dizaynla maraqlananlar üçün ilkin bilinməli olan dillər olaraq qalır..
Müəllif: Hüseynzadə Kənan
Digər bloq yazılarımıza keçid etmək üçün Klik edin