Hər hansı bir dili öyrənmək əvvəlki vaxtlara nəzərən heç bu qədər asan olmamışdı. Texnologiyanin bizə bəxş etdiyi faydaların ən böyüklərindən biri istədiyimiz informasiyanın 1 “click” uzağımızda olmasıdır. Youtube isə sadəcə gülməli və ya maraqlı videolar izləyə biləcəyimiz bir platformadan çox daha artığıdır. Siz burada müxtəlif mövzulara aid çox dəyərli şəxslərdən əvəzsiz məlumatlar əldə edə bilərsiniz. 21-ci əsr internet dünyasında əlbəttə ki, sadəcə Youtube platforması mövcud deyil. Udemy, Coursera və sair kimi birçox onlayn kurslar da bizlərə xidmət göstərir. Youtube-un ən böyük üstünlüklərindən biri isə bu platformanın əsasən ödənişsiz olmasıdır ve demək olar ki, dünya üzərində hərkəs tərəfindən tanınıb istifadə edilməsidir. Və mənim şəxsi düşüncəmə görə isə Youtube düzgün istifadə edənlər üçün bir “Müəllimdir”. Doğru istifadə təqdirində siz buradan öyrəndiyiniz biliklərlə yüksək akademik dərəcələrə yiyələnə bilərsiniz eyniylə də, əksinə olaraq burada olan lazımsız və toplum üçün zərərli olan insanlardan pis vərdişlər də əldə edə bilərsiniz. Qısacası Youtube və bu kimi platformalar çox da olsa, az da olsa nə və kim olmaq istədiyinizə qərarı özünüz verirsiniz..
Dil öyrənmək və inkişaf etdirmək Youtube-da ən çox tələbat görən sahələrdən biridir ve burada təbii ki, ingilis dili ilk sırada durur. Mən özüm də şəxsən bu platforma və Duolingo, Easy Learn English kimi aplikasiyalarla bu dili öyrənmişəm və öyrənməyə də davam edirəm. Bu və bu kimi aplikasiyalarla bağlı ayrı bir bloq yazımızda daha ətraflı danışarıq.
Bugün isə sizə Uşaqlar üçün 7 Youtube kanalı məsləhət görəcəm. İlk kanalımız
1) English Singsing
3 milyona yaxın izləyici ilə öz sahəsində öndə gələn kanallardan biridir. Sadə və əyləncəli cizgi film formatında təşkil olunmuş bu kanal yetərli qədər professional iş görməsi ilə fərqlənir. Bu kanalın playlistinde Diyaloq Əlifba Mahnı uşaqlar üçün lüğət və daha neçə əyləncəli və faydalı işlərlə qarşılaşacaqsınız. Və eyni zamanda təkcə uşaqlar deyil, ingilis dilinə yeni başlamış böyüklər də bu tip mənbələrdən istifadə edə bilər.
Buraya klik edin: YouTube
2) İkinci kanalımız: Rock 'N Learn
1 milyonu keçmiş izləyici sayısı və aktiv fəaliyyətləri ilə seçilən kanallardan biri olaraq fəaliyyət göstərir. Siz burada eyni zamanda İngilis dili, İspan, Fransız, Koreya vəsairə kimi dilləri də öyrənə bilərsiniz .Və Riyaziyyat, Təbiət Elmləri kimi digər təhsil sahələrinə aid uşaq videoları da bu kanalı seçilən etmək üçün kifayətdir..
Buraya klik edin: YouTube
3) Super Simple Songs - Kids Songs
Növbəti kanalımız 30 milyon izləyici ilə öndə gələn kanallardan biridir. Öz nəzdində birçox kanalı da ehtiva edir ki bunlara misal olaraq 4 milyon izləyicili Super Simple ABCs (uşaqlar əlifbanı daha əyləncəli bir şəkilde öyrənirlər) və 1 milyondan artıq izləyiciyə sahib Super Simple TV - Kids Shows & Cartoons (bura isə müxtəlif növ qısa metrajlı cizgi filmler daxildir) kanalını misal göstərmək olar. Bu kanalda da musiqi ilə uşaqlara ingilis dili asan bir dildə izah edilməyə çalışılır.
Buraya klik edin: YouTube
4) Lingokids Songs and Playlearning
1 milyon izləyici və maraqlı kontenti ilə növbəti kanalımızdır. Burada uşaqlar Əlifbanı, sözləri ki, bunlara ayın günləri müxtəlif sahlərə aid sözlər, heyvanların adlarını da daxil edə bilərik. Öz əyləncəli üslubu ilə uşaqlar üçün faydalı bir kanaldır.
Buraya klik edin: YouTube
5) Növbəti kanalımız yenə cizgi film formatında hazırlanmış “Maple Leaf Learning”- kanalıdır.
Burada uşaqlar üçün videolar əsasən mahnı formasında vəya sözlərin bir-bir şəkillərinin və adlarının göstərilib tələffüz olunması ilə uşaqlara çatdırılır. 700 minə yaxın izləyicisi olması kanalın bu sahədə öz yerini bərkitmiş olmasından xəbər verir. Marty və dostları sizi “Oxu və Öyrən” şüarı ilə səsləyir.
Buraya klik edin: YouTube
6) Bounce Patrol - daha bir əyləncəli mahnılar ilə uşaqlara ingilis dilini öyrətməyə çalışan kanalımızdır. 23 milyon izləyici bu kanalın seçildiyinə və sevildiyinə gözel bir nümunədir.
Buraya klik edin: YouTube
7) infobells – “Öyrən və Əylən’ şüarı ilə 13 milyon izləyiciyə sahib maraqlı və əyləncəli kanaldır. Əsasən qısa metrajlı cizgi film və musiqili videolardan ibarətdir
Buraya klik edin: YouTube
Müəllif: Hüseynzadə Kənan