Niyə məhz İngilis dili?
Dünyada ən çox tanınan dillərdən biri də ingilis dilidir. İlk başlarda ingilis dilini öyrənərkən sizə çətin ola bilər. İngilis dilini yalnız müntəzəm təcrübə ilə təkmilləşdirə bilərsiniz.İnsanlar bu dili müxtəlif məqsədlər üçün öyrənir. İngilis dilində tez və rahat necə danışa bilərik? Bu sual hər gün dünyada ingilis dilini öyrənərkən problemlərlə qarşılaşan insanlar tərəfindən soruşulur. Hər hansı bir problemi aradan qaldırmaq və hədəflərinizə çatmaq üçün doğru metodlardan istifadə etmək lazımdır.
İngilis dilində rahat danışmağın çox yolu var. Amma aşağıda qeyd olunan metodlar ən asan və ən çox istifadə olunanlardır.
1. Xarici dili ən tez şəkildə öyrənməyin yolu bu dildə danışmaqdır. Və ən əsası, dil öyrənməyin rahat yollarından biri, həmin dilin gündəlik həyatımızda işlədilməsidir. Hər gün bir az ingilis dilində danışmağa çalışın. Həftə içi müəyyən müddət ərzində ingilis dilində olan səsləri dinləmək, mətnləri oxumaq və çətin görünən sözləri tələffüz etməklə qısa müddətdə irəliləyişləriniz olacaq. Yadınızda saxladığınız və bildiyiniz sözlərin əhəmiyyəti yoxdur. Ancaq dərsə/işə gedərkən özünüzə “avtobus, quş, masa və s.” gördüyünüz hər şeyi ingilis dilində deyin...çünki bütün bu sözlər sizə çox tanışdır.
2. İngilis dilində videolara və filmlərə altyazıları ilə baxın. Bu, dinləmə qabiliyyətinizi yaxşılaşdırmağın ən yaxşı yollarından biridir. Üstəlik, ingilis dilində danışanları dinləyərək, sizə çətin gələn sözlərin tələffüzünü öyrənəcəksiniz. Sonra ifadələri təkrarlayaraq, öz cümlələrinizlə yenidən ifadə edə bilərsiniz.
In the film: Hello! My name is Mike
You: He is Mike / His name is Mike
3. İngilis dilində kitabları və ya jurnalları yüksək səslə oxuyun. Əlbətdə ki, ilk baxışdan bu çox darıxdırıcı və uzun bir məşq kimi görünə bilər,amma,əslində çox faydalıdır. Çünki oxumaqla nitqinizdə istifadə edə biləcəyiniz yeni sözləri öyrənəcəksiniz və təbii ki, çətin olan sözləri tələffüz edin! Oxuduğunuz mətni yenidən izah etməyə çalışın. Başlamaq üçün bildiyiniz ifadələrdən və lüğətdən istifadə edin, o zaman sizin üçün daha asan olacaq və nitqinizə yeni sözlər və ifadələr əlavə edəcəksiniz.
4. Tongue twisters. İngilis dilində olan yanıltmacalar! Bu metod diksiyanızı və vurğunuzu inkişaf etdirməyinizə kömək edəcəkdir.
For example: « She sells sea shells at the sea shore, the shells she sells are the sea-shore shells, I’m sure »
« I thought a thought. But the thought I thought wasn't the thought I thought I thought. »
5. Özünüzə ingilis dilində danışan bir dost tapın. Bir tərəfdən yazma bacarıqlarınızı inkişaf etdirəcəksiniz, bu da vacibdir,digər tərəfdən həmişə gününüzün necə keçdiyini izah edən bir video çəkə və ya ona zəng edə bilərsiniz. Unutmayın, heç vaxt başqa dildə düşünməyin və düşüncələrinizi həmin dildən tərcümə etməyin, bu sizə şətinlik yarada bilər! Yalnız ingilis dilində fikirləşməyə çalışın. Ancaq davamlı ingilis dilində danışıq praktikası sizə kömək olacaq.
Ingilis dilində danışığı öyrənməyin bir neçə metodu vardır. Amma, hər bir insanın özünə məxsus rahat öyrənmə yolu var. Bunun üçün verilən metodlardan istifadə edərək və yeni yollar axtararaq, seçim imkanlarınızı genişləndirə bilərsiniz.
İngilis dili söz lüğəti üçün : klik edin
İngilis dili sözlər Yadda Saxlamağın 9 üsulu: klik edin