İngilis dilində zamanlar ən vacib mövzulardan biridir. Yaxşı kommunikasiya qurmaq və fikrimizi düzgün ifadə etmək üçün zamanları yerində və doğru işlətmək önəmlidir. Ümumi quruluşu və bəzi qaydaları bildikdən sonra bu mövzu sizə daha anlaşılır olacaq. Aşağıda bu bloqda məlumat verəcəyim zamanların siyahısını yerləşdirirəm.
· Present Simple
· Past Simple
· Future Simple
· Present Continuous
· Past Continuous
· Future Continuous
· Present Perfect
· Past Perfect
· Future Perfect
· Present Perfect Continuous
· Past Perfect Continuous
İndi isə daha ətraflı nəzərdən keçirək.
İndiki sadə zamanı düzəltmək üçün feilin qarşısından to (-maq2) məsdər hissəsini atırıq. Feil 3-cü şəxsin təkindədirsə (he,she,it) sonuna “–s” xəbər şəkilçisini əlavə edirik.
Sualını düzəltmək üçün “to do” köməkçi feilindən istifadə olunur. 3-cü şəxsin təkində “-does” köməkçi feilindən istifadə olunur.
İnkarını düzəltmək üçün “-Do” “Does”-dan sonra “not” inkar ədatından istifadə olunur.
3-cü şəxsin təkində “Does”-dan istifadə olunan zaman feilin sonundaki “-s” şəkilçisi atılır.
Təsdiq Sual İnkar
I drink Do I drink ? I don’t drink
They work Do They Work? They don’t work
She knows Does She know? She doesn’t know
İndiki sadə zaman daha çox daim təkrarlanan, adət halını almış hərəkətləri və Ümumi həqiqətləri bildirən zaman işlənir.
The Sun rises in the East
İndiki sadə zamanda işlənən zaman zərfləri bunlardır:
Today, Every ilə olan ifadələr, Often, Seldom, Usually, Always, Never, Sometimes, Once a week, Daily, Reguraly.
2 yolla düzəlir:
1. Qaydalı feillərdə feilin sonuna “-ed” şəkilçisini artırmaqla
2. Qaydasız feillərdə isə kökdən dəyişməklə (Break-Broke). “-ci forma istifadə olunur.
Sual forması “Do”-nun keçmiş zamanı olan “Did” ilə düzəlir. “Did” mübtədadan əvvələ keçir.
İnkarda “Did”-dən sonra “not” ədatından istifadə olunur.
Təsdiq Sual İnkar
I worked Did I work? I didn’t work
He spoke Did He speak? He didn’t speak
We sent Did We sent? We didn’t send
“Did” işlənən zaman, yəni sual və inkarda feil birinci formaya qayıdır.
Keçmiş sadə zamanın işlənməsi:
1. Keçmişdə ardıcıl baş verən hərəkətləri bildirmək üçün.
2. Keçmişdə adət halını almış hərəkətləri bildirmək üçün.
Keçmiş sadə zamanda işlənən zaman zərfləri bunlardır:
Yesterday, Last week-month-year, …ago, In old times, In my childhood, In1990, Once upon time, At 6 o’clock.
Düzəltmək üçün shall will köməkçi feillərindən istifadə olunur. 1-ci şəxsin tək və cəmində shall qalan şəxslərlə will işlənir.
Sual formasında shall will mübtədadan əvvələ keçir.
İnkarda isə “Not” ədatından istifadə olunur.
Təsdiq Sual İnkar
I shall buy Shall I buy? I shan’t (shall not) buy
She will learn Will She learn? She won’t (will not) learn
Gələcək zamanda olan zaman zərfləri bunlardır:
Tomorrow, Soon, In future, Tonight, Next day-week-month-year, In a week, Ina few days, In 2050, At 6 o’clock.
Bu zaman formasını düzəltmək üçün “am,is,are” və əsas feilə “ing” artırmaqla düzəlir. Yəni am-is-are+ing
Sualını düzəltmək üçün am-is-are cümlənin əvvəlinə keçir.
İnkarda isə am-is-are sonra “not” inkar ədatı işlənir.
Təsdiq Sual İnkar
I am leaving Am I leaving? I am not leaving
They are sleeping Are They sleeping? They are not sleeping
Bu zaman formasının işlədilməsi:
1. Danışıq zamanı baş verən, hal-hazırda göz qabağında davam edən hadisələri ifadə etmək üçün istifadə olunur.
2. Look! Listen! Be quiet! Be quick! Tipli əmr cümlələrindən sonar işlənir.
3. Yaxın gələcəyə aid planlaşdırılmış hərəkətləri bildirmək üçün işlədilir.
Zaman zərfləri bunlardır:
Now, Nowadays, Just now, Right now, At the moment, At present, Still
Keçmiş davamedici zamanı düzəltmək üçün “was-were” və “ing”-dən istifadə olunur.
Sual formasında was were mübtədadan əvvələ keçir.
İnkarda isə was were “not” ədatı ilə işlənir.
Təsdiq Sual İnkar
I was leaving Was I leaving ? I was not leaving
They were sleeping Were They sleeping? They were not sleeping
Keçmişdə müəyyən vaxtda baş verən, davam edən hərəkəti bildirmək üçün işlədilir.
Zaman zərfləri bunlardır:
At 2 oclock yesterday, At that time yesterday, The whole day, All day, All day long, from…to, from…till.
Bu zaman formasını düzəltmək üçün shall be/will be +ing istifadə olunur.
Sualda shall/will mübtədadan əvvələ keçir.
İnkarda shall/will-dən sonra “not” artırırıq.
Təsdiq Sual İnkar
I Shall be sleeping Shall I be sleeping? I shall not be sleeping
Zaman zərfləri:
Tomorrow, In a week, Ina few days, In 2050.
İndiki bitmiş zamanı düzəltmək üçün “To have” feilindən istifadə olunur. Yəni Have/has + P2 (Feilin 3-cü forması)
Sualda Have/has mübtədadan əvvələ keçir.
İnkarda Have/has-dən sonra “not” ədatı işlənir
Təsdiq Sual İnkar
I have worked Have I worked? I have not worked
He has bought Has I bought? I has not bought
Keçmişdə baş verib bitmiş, nəticəsi göz qarşısında olan hərəkətləri ifadə etmək üçün istifadə olunur.
Zaman zərfləri:
Today, Ever, Never, Already, Just, Yet, Twice, Since, For, Lately, This week-month-year.
Düzəltmək üçün had + P2 istifadə olunur.
Sualda had mübtədadan əvvələ keçir.
İnkarda had-dən sonra “not” artırılır.
Təsdiq Sual İnkar
I had worked Had I worked ? I had not worked
He had bought Had I bought? I had not bought
Zaman zərfləri:
By Sunday, By Monday, By the end of, By the time, By five oclock yesterday.
Bu zaman shall have/will have + P2 ilə düzəlir.
Sualda shall/will cümlənin əvvəlinə keçir.
İnkarda shall/will-dən sonra “not” artırılır.
Təsdiq Sual İnkar
I Shall have slept Shall I have slept? I shall not have slept
Düzəltmək üçün Have been/has been + “ing” istifadə olunur.
Sualda have/has mübtədadan əvvələ keçir.
İnkarda have/has-dan sonra “not” artırılır.
Təsdiq Sual İnkar
I have been working Have I been working? I have not been working
“How long” “Since when” olan cümlələrdə əsasın bu zaman forması işlənir.
How long they been working here?
Düzəltmək üçün Had been + “ing” istifadə olunur.
Sualda had mübtədadan əvvələ keçir.
İnkarda had-dən sonra “not” artırılır.
Təsdiq Sual İnkar
I had been working Had I been working? I had not been working