İngilis dilində hər hansı bir kitabı oxumağa başlamazdan öncə, bu dili hansı səviyyədə bildiyimiz haqqında məlumatımız olmalıdır.Ingilis dili 3 səviyyəyə bölünür bunlar “Elementary” , “İntermediate” və “Advanced”dır.Əgər siz hələlik Elementary səviyyəsindəsinizsə , oxuduğunuz kitabların məzmunu da ona uyğun olmalıdır ki, rahat bir şəkildə mətnləri qavrayasınız.Ümumiyyətlə əgər bir dili yaxşı səviyyədə bilmək istəyirsinizsə, çalışın sırf o dildə olan kitabları oxuyun yəni , içində sizin öz dilinizə aid hərhansı bir söz belə olmayan.Tamamilə xarici bir dildə olan kitabları oxumaq sizə həmin dildəki sözləri, cümlələri və söz birləşmələrini daha yaxşı yadda saxlamağa kömək edəcək ki, bu da öz növbəsində sizin həmin dili daha səlis bir şəkildə danışmağınıza yol açacaq.
Elementary mərhələsi 2 yerə bölünür:bunlar Beginner(A1) və Elementary(A2)dir.”Beginner” ve “Elementary” seviyyesinde olan şəxslər sözlərlə yanaşı qrammatikaya xüsusi üstünlük verməlidirlər.Çünki bu təməl mərhələdir və qrammatika biliyiniz nə qədər möhkəm olarsa, sizin yeni öyrəndiyiniz sözləri başa düşüb, istifadə etməyiniz də o qədər asanlaşacaq. Bu ilk mərhələlərdə sizə “Raymond Murphy” nin “Essential Grammar In Use” kitabini məsləhət görə bilərik ki bu self study (hərhansı bir ixtisası kitabı vəs özü öyrənən şəxslərə aid edilir) üçün çox faydalı bir kitabdır.
Eyni zamanda kitabın içindəki cavablar bölməsi ilə səhvlərinizi görüb, onun üzərində işləyə bilərsiniz.Kitabın digər bir üstünlüyü isə “e-book” a sahib versiyalarinin olmasıdır ki, siz bununla öz dinləmə bacarıqlarınızı da, inkişaf etdirə bilərsiniz. “Ruth Gairns” və “Stuart Redman”in muellifi oldugu Oxford Word Skills Basic kitabı digər bir tövsiyəmizdir.
Bu mərhələ üçün sonuncu kitab tövsiyəmiz ise “Michael McCarthy” və “Felicity O'Dell”in müəllifi olduğu “English Vocabulary in use Elementary” kitabıdır. Siz bu iki kitabla söz ehtiyyatlarinizi guclendire bilersiniz.
İngilis dilində ikinci səviyyə “Intermediate”dir ki¸bu da öz növbəsində “Pre intermediate(B1)” “intermediate(B1.2)” ve “upper intermediate(B2)” olmaq üzərə 3 səviyyəyə bölünür.Bu mərhələdə olan şəxslər artıq təməl dil biliklərinə yiyələnmiş olduqları üçün sözlər və söz birləşmələrinə daha çox diqqət ayıra bilərlər. Yuxarıda adlarını çəkdiyim müəlliflərin kitablarının “Intermediate” səviyyə üçün olan versiyalari bu mərhələdəki tövsiyyələrimizdir. “Michael McCarthy” və “Felicity O'Dell”in kitabı burada iki formada hazırlanıb, biri “English Vocabulary in use Pre-Intermediate and Intermediate” və digəri isə “Upper Intermediate” kitabıdır.
“Oxford Word Skills intermediate” bu mərhələdəki digər bir kitabımızdır.
Son mərhələmiz isə “Avdanced”dır. Bu da “Avdanced(C1)” və “Proficient (C2)” olaraq 2yerə bölünür. “English Vocabulary In Use” və “Oxford Word Skills” kitablarının bu səviyyə üçün olan versiyasını əldə etməklə öyrənməyə və özünüzü inkişaf etdirməyə davam edə bilərsiniz.Bu son səviyyəyə çatmış şəxslər artıq rahatlıqla İngilis dilindəki bütün kitabları oxuya bilərlər.