Bir dil öyrənən zaman inkişaf etdirməli olduğumuz 4 bacarıq vardır. "Listening", "Speaking", "Reading", "Writing". Bir-biri ilə sıx bağlı olan bu bacarıqların hər birinin inkişaf etdirilməyi çox vacibdir.
"Listening" sizin söz bazanızın inkişaf etməyində, həmçinin sözləri düzgün şəkildə tələffüz etməyinizdə xüsusi rola malikdir. İndi isə sizlərə bu bacarığı inkişaf etdirmək üçün nələr edə biləcəyiniz barədə yazacam. Əlavə olaraq, pulsuz şəkildə əldə edə biləcəyiniz bir çox dinləmə materialı üçün mənbə tövsiyə edəcəm.
"Listening"i inkişaf etdirmək üçün sizin edəcəyiniz ilk iş davamlı olaraq dinləmə materialları dinləməyinizdir. Bir neçə ay ərzində siz planlı şəkildə podcast (radio dinləmələr), Amerikan komediyaları və sənədli film izləyib, dinləsəniz inkişafınızı siz də fərq edəcəksiniz. Burada əsas məqam sizə maraqlı olan mövzular ətrafında dinləmə edin. Sevmədiyiniz mövzular ətrafında dinləmələrə özünüzü məcbur etməyin. Həmçinin, dinləmə zamanı 2-3 dəfə eyni mətnə qulaq asın, oradakı mənanı və deyilən sözləri anlamağa çalışın.
"Listening" edərkən əgər dinləmə mətni sizin səviyyənizə uyğun deyilsə, başqa bir mətn tapın. Çünki səviyyənizdən fərqli bir mətn ilə dinləmə etsəniz, oradakı sözləri anlamaqda çətinlik çəkəcəksiniz.
"Listening" zamanı edilən digər bir ümumi səhv isə filmləri altyazı ilə dinləməkdir. İnsanların çoxu bunu yararlı hesab etsə də, bu metod əslində yanlışdır. Bunun elmi səbəbi belədir, insan beyni daima 2 variantdan özünə asan olanını seçir. Yəni, siz altyazı ilə izlədikdə beyniniz filmə deyil də altyazıya fokuslanır. Nəticədə bir inkişaf olmur.
Dinləmələr üçün sizə bir neçə məsləhətli sayt və proqramlar qeyd edirəm.
British Council- Learn English proqramı
Ted Talks videoları izləyə bilərsiniz
Friends və Big Bang Theory kimi Amerikan komediyaları izləyərək də siz dinləmə bacarığınızı inkişaf etdirə bilərsiniz.