İnternetin sürətli inkişafı bir çox sahəyə öz təsirini göstərmişdir. Marketinqdə bu sahələr arasındadır.Artıq marketinqdə rəqəmsallaşır.
Rəqəmsal Marketinq-İnternet üzərindən, onlayn dünyada aparılan marketinq prosesləridir.
İngilis dilində “Digital Marketinq” adlanan bu yeni növ marketinqin çox üstün cəhətləri vardır. Bu cəhətlərdən sırayla bəhs edəcəm.
o SMM (Sosial Media Marketing)
o SEO (Search Engine Optimization)
o SEM (Search Engine Marketing)
o Email Marketing
o İnfluencer Marketing
o Content Marketing
o Affiliate Marketing
Bu alətlər rəqəmsal marketinqdə çox mühüm rol oynayır. Bunların vasitəsilə daha çox müştəriyə çatmaq mümkünləşir.
Rəqəmsal marketinqdən istifadə edərək daha az büdcə ilə nəticəsi yaxşı olan işlər görmək olur. Ənənəvi marketinqdən başqa bir üstün cəhəti isə dəqiq və detallı hədəfləmə mümkündür. Rəqəmsal marketinq internet kanallarında aparılan fəaliyyət olduğu üçün, daha yüksək müştəriylə əlaqə yaratmaq mümkün olur. Əlavə olaraq, rəqəmsal marketinqdə istifadəçi və ya potensial müştərilərin hərəkət və davranışlarını izləmək daha asandır. Bunun vasitəsi ilə onlara müəyyən kampaniyalar vəya xüsusi endirimlər təşkil etmək olar.
İstənilən platformada marketinq fəaliyyətinə başlamazdan əvvəl plan qurmaq önəmlidir. Rəqəmsal marketinq fəaliyyəti üçün strategiya hazırlamaq çox önəmlidir. Bu strategiya həm istiqamət bəlirləyir, həm də planlı şəkildə hərəkət etmək üçün önəm kəsb edir.
Facebook, İnstagram kimi sosial media platformaları rəqəmsal marketinq üçün önəmlidir. Bu platformalarda çox sayda potensial müştəri vardır. Düzgün hədəfləmə və reklam kampaniyası ilə bu müştəriləri cəlb etmək mümkündür.
Google Ads-dən istifadə edərək bütün reklam fəaliyyətimizi bir platforma daxilindən idarə edə bilərik. Google Analytics və ya Google Axtarış Konsolu kimi alətlər vasitəsilə strategiyamıza asanlıqla nəzarət edə bilərik.
Yuxarıda sadaladığım bu alətlər rəqəmsal marketinqdə işimizi asanlaşdıran əsas faktorlardır. Bu alətlər vasitəsilə müştəriyə məlumatı daha sürətlə və asanlıqla çatdırmaq, müştərilərin hərəkət və davranışlarını izləmək mümkün olur.
Rəqəmsal marketinqin önəmini vurğulamaq üçün sizlərə aşağıdakı statistikaları nümunə olaraq təqdim edirəm:
o Alıcıların 55%-i məhsul və ya xidmət haqqında araşdırmanı onlayn edir
o E-ticarət saytlarında onlayn tarfikin 43%-dən çoxu Google axtarışlarından gəlir.
Artıq şirklər üçün onlayn platformalarda mövcud olmaq əsas məqsədlərdən birinə çevrilmişdir. Bunu reallaşdırmaq üçün rəqəmsal marketinqdən istifadə edirlər.
Ölkəmizdə də artıq şirkətlər üçün Rəqəmsal Marketinq hədəflərə çatma yolunda dəyişməz mənbədir.
Müəllif: Mətləb Məmmədov
Digər bloq yazılarımızla tanış olmaq üçün Klik edin