Ayşən Mərdanova
Azərbaycan dili və ədəbiyyat fənni üzrə ixtisaslaşmış müəllim
Haqqımda
Salam! Mən Ayşən Mərdanova. Azərbaycan dili və ədəbiyyatı fənnlərini tədris edirəm. 3 illik iş təcrübəsinə malikəm. Gəncə Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" üzrə Bakalavr diplomuna sahibəm. Eyni ixtisas üzrə Bakı Dövlət Universitetinin Magistratura məzunuyam.
Dərsimin üstünlükləri:
Dərslərin tələbələr tərəfindən mənimsənilməsinə xüsusi diqqət ayırıram. Həftə sonları sınaqlar vasitəsilə tələbələrimin zəif cəhətlərini müəyyən edərək onları aradan qaldırırıq. Saat fərq etmədən tələbələrimin suallarını cavablandırmağa hazıram. Mənim üçün tələbələrimin motivasiyasını yüksək saxlamaq və dərsə qarşı həvəsləndirmək çox önəmlidir.
Sınaq dərsində görüşənədək...