Salam! Mən, Aydın İsmayılpur. Müəllim kimi 7 ildən çox təcrübəm var. 4 ədəd Beynəlxalq sertifikatım var: TESOL 120 hours, Creativity in teaching, Language proficiency (C1), IELTS 8.0
Dərslər Beynəlxalq təcrübəyə əsaslanan formatda - E.S.A - əsasında keçirilir.
Nədir E.S.A-?
E-Engage - Fikrini Cəmlə, S-Study - Öyrən, A-Activate - Tətbiq et
Metodun əsas üstünlüyü tələbələr hər dərs öyrəndiklərini tətbiq edərək, dərsi daha səlis və ətraflı mənimsəyirlər.
Engage hissəsində - Keçiriləcək mövzuya giriş verilir və bunun barəsində tələbənin öz bilikləri yoxlanılır. Tələbə öyrənəcəyi mövzunu bir növ öncədən zənn etmiş olur və artıq nə baş verəcəyinə hazır hiss edir.
Study hissəsində - Tələbələr Engage hissəsində danışdıqları materialı dərindən və müəllim müşayiətində öyrənirlər.
Activate hissəsində - Tələbələr Study hissəsində öyrəndikləri yeni bilikləri tətbiq etməyə başlayırlar. Bunu üçün müxtəlif dialoqlar, yazılar kimi tətbiqetmələrdən istifadə edilir
Sınaq dərsində görüşənədək…