Famil Məmmədov

Famil Məmmədov

General English üzrə ixtisaslaşmış müəllim

Haqqımda

Salam! Mənim adım Famil və mən ingilis müəllimiyəm, bu sahədə artiq 5 ildən çox təcrübəm var. 2017 ci ildə ADU-da təhsilimi bitirib bu ixtisas üzrə bakalavr dərəcəsini almışam. Uzun müddətdirki müxtəlif xarici dil kurslarənda və online platformalarda yeni dil oyrənənlərə dəstək olmaqa çalışıram. Hal hazırda isə M.V. Lomonosov Adına Moskva Dövlət Universiteninin Filologiya fakultəsində magistr dərəcəmi alıram.

Dərsimin üstünlükləri:

Adətən mənim dərsim salamlaşma və İce Breaker ilə başlayır, tələbələrlərim üçün dostluq mühiti, rahat ola biləcəkləri şəraiti yaratmağa çalışıram ki, onlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilsinlər. Mən dərslərimdə tələbələr ilə mütaliə etməyə üstünlük verirəm, çünki bu tələbənin söz ehtiyatına pozitiv təsir göstərir və müzakirə etmək üçün müxtəlif mövzularla təmin edən ən böyük informasiya mənbələrindən biridir. Mənim təcrübəm göstərir ki,marağlı söhbətlər, debatlar,  həmişə tələbələrin bacarıqlarına çox müsbət təsir göstərir.

Əgər siz qısa müddət ərzində dil baryerini aradan götürərək ingilis dilində sərbəst danışmaq istəyirsinizsə dərslərimizə qoşulun!

Sınaq dərsində görüşənədək…

 

Famil Məmmədov

Tanıtım videosu

Famil Məmmədov

Azərbaycan
İngilis dili

Başlamağa hazırsız?

Günün istənilən vaxtı, sorğunuza cavab verməyə hazırıq!